13 Şubat 2011 Pazar
Naxçıvanın əsas filiz yataqları aşağıdakılardır
1. Pyazbaşı qızıl yatağı
Bu yataq Ordubad rayonu ərazisində yerləşir. Pəzməri kəndindən 4 km şimal-qərbdə, 1800-2700 metr hündürlükdədir. Əsas filiz mineralları pirit, xalkopirit, bornit, malaxit və sərbəst qızıldır. Filizlərdə qızılın miqdarı 1,0-1,9 q/t, mis 0,1-1,8 %-dir.
Yataq istismara cəlb oluna bilər.
2. Göydağ mis-porfir yatağı
Bu yataq Culfa rayonundadır. Başkənddən 2 km cənub-şərqdə, dəniz səviyyəsindən 2050-2000 m hündürlükdədir. Filizlərdə misin və molibdenin yayılması qeyri-bərabərdir və mis 1-2,7%, molibden 0,01-0,08 %-dir. Əsas filiz mineralları pirit, xalkopirit, falerit, qalenit, molibdenit və misin törəmə minerallarından ibarətdir.
Yataq istismara cəlb oluna bilər.
3. Diaxçay mis - porfır yatağı
Bu yataq Ordubad rayonundadır. Nüs-Nüs kəndinin şimal-şərqində 1,5 km məsafədə, dəniz səviyyəsindən 2000 m hündürlükdədir. İki texnoloji filiz tipi, əsasən misi və molibdeni mə'lumdur.
Ştokverk tipli filizlərdə (qalınlığı 70-100 m olmaqla 1500 m məsafədə izlənən) misin miqdarı 0,006- 2, 25%, molibden 0,01-0,31% və qalınlığı 2 m-dən 20 m-ə qədər olan şərq və cənub-şərq istiqamətlərində uzanan 55 mis-molibden filizlərində molibden 0,01-0,27%, mis 0,01-0,85%-dir. Əsas filiz mineralları pirit, xalkopirit, molibden və misin törəmə minerallarıdır.
Yataq istismara cəlb oluna bilər.
4. Misdağ mis-porflr yatağı
Bu yataq Ordubad rayonundadır. Ayçanqılçayın yuxarı axımında, dəniz səviyyəsindən 3000-3500 m yüksəklikdə yerləşir.
Mis-porfır filizləşməsi möhtəvi ve damar tiplidir. Filizdə mis 0,002-2,0%, molibden 0,001-0,02% təşkil edir.
Əsas fıliz mineralları pirit, xalkopirit, azurit, kovellin kuprit, malaxit, az miqdarda molibdenitdir.
Yataq istismara cəlb oluna bilər.
5. Ağyurd qızıl yatağı
Bu yataq Ordubad rayonundadır. Dəniz səviyyəsindən 2300-2750 m yüksəklikdə yerləşir.
Əsas filiz mineralları pirit, xalkopirit, molibdonit, misin törəmə mineralları və xırdadispersiyalı qızıldan ibarətdir.
Filizlərdə qızılın miqdarı 0,4-11,6 q/t, mis 0,04-1,4%, molibden 0,03-0,09% arasında dəyişir.
Yataq istismara cəlb edilə bilər.
6. Yaşıllıq mis-porfir yatağı
Bu yataq Ordubad rayonunun Pəzməri kəndindən 2,4 km şimal-şərqdə, Şiladzoçayının sol yamacında yerləşir və dəniz səviyyəsindən 2200-2500 m hündürlükdədir.
Yataq qalınlığı 300 m olmaqla 500 m məsafədə izlənir və filizlərdə misin miqdarı 0,1-1,4%, molibden 0,01-0,08%-dir.
Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, xalkozin, bornit misin törəmə minerallarıdır.
Yataq istismara cəlb edilə biler.
7. Göyhündür mis-porfir yatağı
Bu yataq Ordubad rayonu ərazisindədir. Pəzməri kəndindən 2 km şimal-şərqdə, Vənədçayın yuxarı hissəsində, dəniz səviyyəsindən 2150-2600 m yüksəklikdədir.
Yataq qalınlığı 5,6-15 m, ümumi eni 400-500 m olmaqla 5500-1500 m məsafədə izlənir. Burada misin miqdarı 0,44-1,33%, molibden 0,001-0,5% arasında dəyişir.
Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, kovellin, bornit, kuprit və malaxitdir.
Yataq istismara cəlb edilə bilər.
8. Nəsirvaz polimetal yatağı
Bu yataq Ordubad rayonunda, Nəsirvaz kəndinin ətrafındadır və dəniz səviyyəsindən 1800-2300 m yüksəklikdədir.
Filizləşmə qərbdən-şərqə qalınlığı 60-120 m olmaqla, 2,2 km məsafədə izlənilir və sink 1,2%, qurğuşun 1,16%, mis 0,4% təşkil edir.
Əsas filiz mineralları pirit, qalenit, sfalerit, xalkopirit, misin törəmə minerallarıdır.
Yataq istismara cəlb edilə bilər.
9. Ağdərə polimetal yatağı
Bu yataq Ordubad rayonunda, Aza dəmiryol stansiyasından 25 km şimalda yerləşir. Dəniz səviyyəsindən 2100-2550 km yüksəklikdədir.
Polimetal filizləşməsi lay, linza damar və möhtəvi tiplidir. Sənaye əhəmiyyətli fıliz lay formasındadır. Filizdə qurğuşun 6,6%, sink 8,9%, mis 1,0-dir.
Yataq 1952-ci ildən istismara verilmişdir.
10. Şəkərdərə qızıl yatağı
Bu yataq Ordubad rayonundadır. Rayon mərkəzindən 30 km şimal-qərbdə, dəniz səviyyəsindən 1500-2000 m yüksəklikdədir.
Yataq şimal-qərb istiqamətdə yerləşir, qalınlığı 1,0-8,0 m olmaqla 1150 m məsafədə izlənilir. Filizlərdə qızılın miqdarı 1,4 q/t, mis 1,9%-dir.
Əsas filiz mineralları pirit, xalkopirit, sfalerit, mis minerallarının törəmələri və sərbəst qızıldan ibarətdir.
Yataq istismara cəlb edilə bilər.
11. Göy-göl mis-porfır yatağı
Bu yataq Ordubad rayonundadır. Nürgüt kəndindən 3 km şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən 2800-3554 m yüksəklikdədir.
Ştok tipli zonaların qalınlığı 60-140 m-ə qədər olmaqla 900 m-dən 1700 m-ə qədər izlənilir və misin miqdarı 0,47-1,6%, molibden 0,01-0,05% təşkil edir.
Əsas filiz mineralları pirit, xalkopirit, bornit, kovelmin, misin törəmə mineralları və molibdenitdir.
Yataq istismara cəlb edilə bilər.
12. Parağaçay molibden yatağı
Bu yataq Ordubad rayonunda, Parağa kəndi ətrafındadır. Dəniz səviyyəsindən 2300-2800 m yüksəklikdədir.
Yataqda istismar obyekti kimi 4 kvars molibden damarı məlumdur.
Əsas filiz mineralları pirit, xalkopirit və molibdendir. Yataq 1952-ci ildən istismara verilmişdir. Hazırda qismən istismar olunur.
13. Gümüşlü polimetal yatağı
Bu yataq Şərur rayonunda yerləşir. Arpaçayın aşağı axınındadır. VII əsrdən mə'lumdur.
Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineroloji tərkibi qalenit, serusit, sfalerit, smitenonit və kalamindən ibarətdir.
Yataq 1954-cü ildən istismara verilmişdir.
14. Darıdağ mərgümüş yatağı
Bu yataq Culfa rayonundadır. Culfa şəhərindən 8-9 km şimal-şərqdə yerləşir.
Filiz kütləsi realqar, auripiqment, melnikovit, antimonit və pittisit minerallarından ibarətdir.
Yataq istismara cəlb oluna bilər
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder
muzafferbadem@hotmail.com