13 Şubat 2011 Pazar

Naxçıvan MR-in ərazisində yerləşən əsas qeyri-filiz yataqları aşağıdakılardır


1. Buzqov travertin yatağı

Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 40 km şimal-qərbdə, Aşağı Buzqov kəndindən 2 km şimalda yerləşir. Yatağın sahəsi 0,6 kv.km olub, faydalı qatın qalınlığı 5,7-59 m-dir. Blok çıxımı 42,8% təşkil edir. Yataq 1983-cü ildən istismar olunur.

2. Şahtaxtı travertin yatağı

Bu yataq Şərur rayonu ərazisində, Şahtaxtı kəndindən 3 km cənub-qərbdə yerləşir.

Yataq üç sahədən ibarətdir: I sahə Şahtaxtı kəndinin şimal-şərq hissəsində, II sahə I-dən 0,7 km şimal-şərqdə, III sahə isə II-dən 1 km-ə qədər şimal-şərqdə yerləşir.

Yatağın sahəsi 0,8 kv.km olub, faydalı qatın qalınlığı 6,5-22,7 m-dir. Blok çıxımı 30-45% təşkil edir.

Yataq 1968-ci ildən istismar olunur.

3. Xələc mərmərləşmiş əhəngdaşı yatağı

Bu yataq Şərur rayonu ərazisindədir. Şərur şəhərindən 10 km cənub-qərbdə yerləşir.

Yatağın sahəsi 0,016 kv km-dir. Faydalı qatın qalınlığı 40-70 m, ehtiyata daxil olan maksimal qalınlıq 24 m-dir. Əhəngdaşının həcm kütləsi 2,33-2,70 t\m3, Ca CO3-ün miqdarı 98% -dir.

Yataq 1990-cı ilə qədər istismar olunmuşdur.

4. Qarabağlar travertin yatağı

Bu yataq Şərur rayonunda, Qarabağlar kəndindən 1 km şimal-şərqdə yerləşir.

Yatağın sahəsi 1 kv km-dir. Faydalı qalınlığı 15-40 m-dir. Yatağın blok çıxımı 58% olub, 1 m3 blokdan 17,2 kv km üzlük plitə alınır.

Yataq 1984-cü ildən istismar olunur.

5. Oğlanqala mərmərləşmiş əhəngdaşı yatağı

Bu yataq Şərur rayonu ərazisindədir. Şərur dəmiryol stansiyasından 8 km şimal-şərqdə yerləşir.

Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətli kalsit damarları ilə kəsişir. Co-nin miqdarı 51,8% təşkil edir.

Yataq istismara yararlıdır.

6. Nehrəm dolomit yatağı

Bu yataq Babək rayonundadır. Nehrəm kəndindən 10 km cənubda, Dərəşam dəmiryol stansiyasından 2 km şimalda yerləşir. Yatağın sahəsi 5 kv km-dir. Dolomitin qalınlığı 1000 m-dən çoxdur. Bu material odadavamlı xammal, yüksək möhkəmlikli çınqıl, susuzlaşdırılmış soda, şüşə istehsalı üçün yararlıdır.

Yataq istismar edilə bilər.

7. Naxçıvan Daş-duz yatağı

Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 12 km şimal-qərbdə yerləşir.

Yataqda 5 daş duz layı aşkar edilmişdir ki, bunlardan da yalnız üst hissədə yerləşən 2 lay sənaye əhəmiyyətlidir.

Birinci lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun orta qalıqnlığı 6 m-dir. İkinci lay birinci laydan 6-9 m qalınlığında gil layı ilə ayrılır və duzun orta qalınlığı 8.6 m-dir. NaCl-un miqdarı 92-98,5% təşkil edir.

Yataq XIX əsrin əvvəllərindən istifadə edilir.

8. Nehrəm Daş-duz yatağı

Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 12 km cənub-şərqdə yerləşir.

Yataqda duz qatının qalınlığı 43-92 m arasında dəyişir.

Duzun tərkibində NaCl-un miqdarı 78-92%-dir. Yataq susuzlaşdırılmış soda üçün öyrənilmişdir.

Yataq istismar oluna bilər.

9. Gömür kükürd yatağı

Bu yataq Şahbuz rayonu ərazisində, Gömür kənd ərazisində yerləşir.

Yataq XIX əsrin 60-cı illərindən məlumdur. Yatağın kükürd ehtiyatı hesablanmadığı üçün istismara cəlb edilməmişdir.

10. Parağaçay Andaluzit yatağı

Bu yataq Ordubad rayonundadır. Parağaçay molibden mədənindən 9 km şimalda yerləşir.

Süxurlarda andaluzitin miqdarı 10-30%, bəzən isə 65-75% təşkil edir. Yataq 10 m dərinliyə qədər öyrənilib. Dərinliyə doğru andaluzitin miqdarı artır. İlkin hesablamalara görə andaluzitin miqdarı 0,5 mil. tondur.

Yataq istismara cəlb oluna bilər.

Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisinin demək olar ki, hər yerində zəngin çınqıl, qum, gil, gips yataqlarına da təsadüf edilir

Hiç yorum yok:

Yorum Gönder

muzafferbadem@hotmail.com