13 Şubat 2011 Pazar

TƏBİƏT

Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir.

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin 1/3-i Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad) təşkil edir. 200-dən çox mineral su bulağı (Darıdağ, Badamlı, Sirab, Vayxır və sair) var. Illik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir. Muxtar respublikada ümumi uzunluğu 1,8 min kilometr olan 400 böyük və kiçik çay vardır.
         Naxçıvan Muxtar Respublikasında iqlim tipi əsasən quraq və kontinentaldır. Florası çox zəngindir. 2782 ali bitki növü vardır və zəngin heyvanlar aləminə malikdir.

Hiç yorum yok:

Yorum Gönder

muzafferbadem@hotmail.com