Naxçıvanın iqlimi kəskin kontinentaldır. Ordubad rayonu ərazisində quru subtropik iqlim tipinə rast gəlinir. Mütləq minimum temperatur -31 0S (Dərvişlər), mütləq maksimum temperatur 440S-dir (Culfa).
Muxtar Respublikanın iqlimi 5 tipə ayrılır:
1. Yayı quraq keçən mülayim-isti yarimsəhra və quru çöl iqlimi – Arazboyu düzənlikləri və qismən alçaq dağlıq sahələri (600-1100 m) əhatə edir. Burada orta illik temperatur 10-14oC, orta illik yağıntı 300 mm-dək, mümkün buxarlanma 1200-1400 mm-dir.
2. Qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi – alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın aşağı hissəsini (1100-1600 m) əhatə edir. Orta illik temperatur 8-10oC, orta illik yağıntı 300-350 mm, mümkün buxarlanma 800-1100 mm-dir.
3. Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi – orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın aşağı hissəsini (1600-2600 m) əhatə edir. Orta illik temperatur 6-10oC, orta illik yağıntı 400-800 mm arasında dəyişir.
4. Yayı quraq və sərin keçən soyuq iqlim – yalnız Zəngəzur silsiləsinin cənub-qərb yamacında, yüksək dağlıq qurşağın mərkəz zolağında, 2600-3200 m yüksəklikdə yayilmışdır. Orta illik temperatur 1-3oC-dir.
5. Dağlıq tundra iqlimi – ərazinin yüksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edir. Orta illik temperatur 3-8oC-dir.
Ərazidə mütləq minimum temperatur -31oC (Dərvişlər), mütləq maksimum temperatur 44oC-dir (Culfa); bu eyni zamanda Azərbaycan Respublikası ərazisində ən alçaq və ən yüksək temperaturlardır.Küləyin orta illik sürəti 2/4 m/san-dir. İllik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir.
Hiç yorum yok:
Yorum Gönder
muzafferbadem@hotmail.com